Masallıda yol nişanlarını oğurlayan şəxs tutuldu

Masallı Rayon Polis Şöbəsinə Sərcuvar-Hüseynhacılı avtomobil yolundan yol-tikinti şirkətlərindən birinə məxsus ümumilikdə 40 ədəd yol nişanının oğurlanması barədə müraciət daxil olub.

Ucnoqta.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Qasımlı kənd sakini, əvvəllər məhkum olunmuş İlqar Şükürov olduğu müəyyən edilib. Nişanların bir qismi maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
İstintaq aparılır.

Tarix
20 Aprel 2018 [11:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-04-20 11:25:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin