Fransanın “Fəxri legion” ordenini geri qaytardı

10:57 - 20 Aprel 2018 - DÜNYA

Suriya prezidenti Bəşər Əsəd 2001-ci ildə Fransa tərəfindən ona təqdim edilən “Fəxri legion” ordenini geri qaytarıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Suriya hökuməti ordeni hazırda bu ölkədə Fransanın maraqlarını qoruyan Dəməşqdəki Rumıniya səfirliyinə verib.

Suriya bu addımı Fransanın aprelin 14-də ABŞ və Böyük Britaniya ilə birgə bu ölkəyə qarşı başlatdığı aqressiya ilə izah edib. Qeyd edilib ki, baş verənlərdən sonra Əsəd ABŞ-ın köləsi olan rejim tərəfindən təqdim olunan ordenin kavaleri olmaqdan şərəf duymur. 

Xəbər xətti