Ana səhifə
18 Oktyabr 2018

DİN Nardaranda əməliyyat keçirdi: silah-sursat tapılıb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Ucnoqta.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, bu istiqamətdə Sabunçu rayon polis idarəsinin 42-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında aprelin 19-da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan İsrayıl Səmədzadənin həyətindən torpağa basdırdığı “Patent” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Bunula yanaşı, aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Hüseyn Hüseynov müvafiq sənədləri olmayan “TOЗ-16” markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.

Faktlarla bağlı araşdırmalar aparılır.
Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən Çöl-Beşdəli kənd sakini Cavanşir Hüseynovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.

Tarix
20 Aprel 2018 [10:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin