Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobili beton maneəyə çırpılıb.
Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1972-ci il təvəllüdlü Bağırov Əsəd Ədalət oğlunun sıxılmış vəziyyətdə qalmış meyitini nəqliyyat vasitəsindən çıxarıblar.
Meyit aidiyyəti üzrə təhvil verilib.