Ana səhifə
27 May 2018

Bayılda evləri dağılan ailələrə verilən maddi yardım hesablara köçürülüb

 Bayıl sürüşmə zonasında evləri dağılan 6 ailə üçün təyin olunan birdəfəlik maddi yardım artıq hesablara köçürülüb.

Ailə başçıları günortadan sonra həmin vəsaitləri müvafiq bank hesabınlarından çıxara bilərlər.
Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə Səbail rayonu, Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə fevralın 10-da baş vermiş lokal torpaq sürüşməsi nəticəsində evi əşyaları ilə birlikdə dağılaraq yaşayış üçün tam yararsız vəziyyətə düşən, ümumi sahəsi 306 kvadrat metr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadrat metr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadrat metri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla ümumilikdə 347 min 600 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. 

Tarix
20 Aprel 2018 [10:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin