Bakıda toz-dumanın miqdarı sanitar norma daxilindədir

10:06 - 20 Aprel 2018 - Xəbər

20 aprel 2018-ci il tarixində səhər saatlarında Bakıda və Abşeron yarımadasında toz-dumanın miqdarının sanitar normaya uyğun olduğu müəyyən edilib. Ucnoqta.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, buna səbəb ölkə ərazisinə daxil olan şimal-qərb küləyidir. Qeyd edək ki, ötən gün Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 35 faizdən yuxarı olmuşdu.

Xəbər xətti