Ana səhifə
17 Oktyabr 2018

Şenol Günəşin başı yarıldı - Derbi yarımçıq qaldı

Bu gün Türkiyə kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən matçında “Fənərbağça” - “Beşiktaş” matçı yarımçıq dayandırılıb. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, oyun 0-0 davam edərkən 57-ci dəqiqədə stadionda ara qarışıb. Belə ki, “Beşitkaş”ın qapıçısı Tolqa Zənginlə “Fənərbağça” azarkeşləri arasında münaqişə düşüb. Onları sakitləşdirmək üçün “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş tribunalar qarşısına gəlib. Özündən çıxan fənərbağçalı fanatlar Ş.Günəşin başına yad cisim atıblar. Bir anda yerdə qalan məşqçi bir neçə saniyə sonra yerindən qalxaraq oradan uzaqlaşıb. Məlumata görə, Ş.Günəşin başına tikiş atılıb və xəstəxanaya aparılıb. Matçın baş hakimi Mete Kalkavan isə oyunu yarımçıq dayandırıb. Paltardəyişmə otağına yollanan iki klubun futbolçuları isə dəhlizdə əlbəyaxa davam ediblər. Onları polislər çətinliklə ayırıb. Qeyd edək ki, bu iki komanda arasında baş tutan ilk görüş 2:2 hesabı ilə bitmişdi.
Tarix
20 Aprel 2018 [00:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin