Lənkəranda yaşayış evində partlayış olub

00:41 - 20 Aprel 2018 - HADİSƏ

Lənkəranda fərdi yaşayış evində partlayış olub. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xolmili kəndində, evin hamamında baş verib. Kənd sakini, 1967-ci il təvəllüdlü Sübhan Baloğlan oğlu Bağırov hamamda su isitmək üçün qazı yandırarkən partlayış olub. Nəticədə S. Bağırov ağır yanıq xəsarətləri alıb.   S. Bağırov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 2-ci dərəcəli yanıq diaqnozu qoyulan yaralının vəziyyəti ağır qiymətləndirilir. Onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti