İraqın Hərbi Hava Qüvvələri Suriyanı bombalayıb

00:28 - 20 Aprel 2018 - DÜNYA

İraqın Hərbi Hava Qüvvələri İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın baş nazirinin administrasiyası bildirib. Məlumatda qeyd edilir ki, hava zərbələri İŞİD-in İraq üçün təhlükə törətdiyi üçün endirilib. "Bundan əlavə, zərbələr regionda terrorçuluğa qarşı mübarizəyə töhfə verəcək", - deyə məlumatda qeyd edilir. Qeyd edək ki, İraqın baş naziri Heydər əl-Abadi bir müddət əvvəl ölkəsində İŞİD üzərində tam qələbə qazanıldığını bəyan edib. Baş nazirin sözlərinə görə, buna baxmayaraq İraq İŞİD terrorçularına qarşı mübarizəni davam etdirəcək. 

Xəbər xətti