Şabranda zəlzələ olub

00:14 - 20 Aprel 2018 - Xəbər

Şabran rayonunda zəlzələ baş verib. Trend-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumata görə, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 22:17-də Siyəzəndən 13 km şimal-qərb istiqamətdə, Şabran ərazisində zəlzələ qeydə alınıb. Maqnitudası 3.4 bal olan zəlzələ 10 km dərinlikdə qeydə alınıb. Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Xəbər xətti