Ağstafa su anbarının ətrafında 4 ədəd partlamamış hərbi sursat tapılıb

17:34 - 19 Aprel 2018 - Xəbər

 Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 14:09-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Xanlıqlar kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.

Bu barədə Ucnoqta.az-a ANAMA-dan məlumat verilib. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə Ağstafa su anbarının ətrafına baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 4 ədəd partlamamış hərbi sursat (1 ədəd 85 mm-lik top mərmisi (OF-365A), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd F-1 əl qumbarası və  1 ədəd PQ-15  raketinin gilizi (NBL-60)) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.


Xəbər xətti