Finlandiyanın prezidenti İlham Əliyevi təbrik edib

17:24 - 19 Aprel 2018 - Xəbər

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir: 

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.
Cənab Prezident, yüksək ehtiramımı qəbul edin".

Xəbər xətti