DÇ-2018-də mübahisəli epizodlar videotəkrar sisteminin köməyi ilə azarkeşlərə göstəriləcək

21:15 - 19 Aprel 2018 - Xəbər

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında mübahisəli epizodlar videotəkrar (VAR) sisteminin  köməyi ilə azarkeşlərə göstəriləcək. "Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, bu, mundialın oyunları zamanı stadionların böyük ekranlarında VAR-ın köməyi ilə futbolsevərlərə nümayiş olunacaq. Lakin epizodun təkrarı qərar qəbul edildikdən sonra göstəriləcək. Eyni zamanda hakim qərarı nə üçün verdiyini izah edəcək.

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda 11 şəhərdə keçiriləcək.

Xəbər xətti