Messidən baş məşqçiyə etiraz

16:12 - 19 Aprel 2018 - İDMAN

Çempionlar Liqasının 1/4 finalında "Roma"ya iki oyunun nəticəsinə görə uduzaraq mübarizəni dayandıran “Barselona”da cavab matçından sonra mübahisə baş verib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, oyundan sonra komandanın superulduzu Lionel Messi baş məşqçi Ernesto Valverdeyə sərt etiraz edib.

Messi mütəxəssisə “bu oyunda fiziki cəhətdən güclü olanlar çıxış etməli idi" deyib. Valverde isə Messinin sözləri qarşısında susub.

Qeyd edək ki, Valverde mövsümün əvvəlində Kataloniya klubunu çalışdırır.

Xəbər xətti