Dünyanın 3 ən qədim saatından biri Çexiyadadır

20:34 - 19 Aprel 2018 - MARAQLI

Çexiyanın paytaxtı Praqada yerləşən və 1410-cu ildə quraşdırılmış astronomik saat dünyanın üç ən qədim saatından biri olmaqla, hələ də işləyən ən qədim astronomik saatdır.

Saat haqqında mənbələrdə ilk xatırlanma 9 oktyabr 1410-cu ilə aiddir. Sonradan, təxminən 1490-cı illərdə saata təqvim əlavə edilib və fasadı qotik heykəllərlə bəzədilib.
 Əvvəllər belə hesab edilirdi ki, Orloj (astronomik saat) 1490-cı ildə saat ustası Yan Ruze (həm də Hanuş kimi tanınır) tərəfindən quraşdırılıb; lakin hazırda bunun tarixi səhv olduğu bilinir. Alois Jirasek tərəfindən nəql edilən əfsanəyə görə başqa yerdə belə bir saat işləyə bilməməsi üçün saatsaz Hanuş Praqa Bələdiyyə Məclisi üzvləri tərəfindən kor edilib. Öz növbəsində saatsaz isə yaratdığı gözəl sənət əsərini sındırmış və növbəti yüz il ərzində heç kim onu bərpa edə bilməyib.
 

1552-ci ildə saat usta Yan Taborski tərəfindən təmir edilib, həmin usta təmir haqqında məlumat da yazır və bu izahatında saatın müəllifi kimi Hanuşun adını qeyd edib. Bu səhv dövrün məlumatlarının düzgün şərh edilməməsindən qaynaqlanmışdı. 1962-ci ildə Zdenek Horskinin Orlojda 1410-cu ilə aid sənədlərin kopyaları ilə kitabça aşkarlamasından sonra tarixi həqiqətlər üzə çıxarılıb. Usta Hanuşun müəllifliyi məsələsi isə, ehtimal ki, 1470-1473-cü illərdə saatın təmir edilməsi işləri ilə əlaqəlidir. İstifadəyə verildikdən sonra saat dəfələrlə fəaliyyətini dayandırıb və təmir olunub.

1629 və ya 1659-cu ildən sonra saata taxta fiqurlar əlavə edilib, 1787-1791-ci illəri əhatə edən əsaslı təmir işindən sonra isə saata həvarilərin fiqurları əlavə edilib. 1865-1866-cı illəri əhatə edən növbəti əsaslı təmir zamanı isə saata qızıl banlayan xoruz fiquru əlavə edilib.
1may, xüsusilə 8 may  1945-ci ildə, Paraqa üsyanı zamanı almanlar şəhərin bəzi hissələrini yandırıblar, bu zaman saata da zərər dəyib. Divarında saat yerləşdirilmiş bina və ona qonşu olan tarixi binalar da yandırılan binalar arasında idi. Yanğın zamanı saatın qiymətli taxta fiqurları və Yozef Manes tərəfindən hazırlanmış təqvim sferblatının üzü də yanıb. Uzun müddətli çalışmalar və ustaların səylərindən sonra saatın əkdər mexanizmləri təmir edilib, həvarilərin taxta heykəlləri isə Voytex Suçarda tərəfindən bərpa edilib, bundan sonra Orloj 1948-ci ildə yenidən fəaliyyətə başlayıb. Saat sonuncu dəfə 2005-ci ildə təmir edilib. Bu təmir zamanı saatın taxta fiqurları və aşağı halqası Yozef Manes tərəfindən bərpa edilib. Taxta fiqurlar hamısı göyərçinlərə qarşı örtüklə müdafiə edilib.

 

Xəbər xətti