Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum olub

19:51 - 19 Aprel 2018 - Xəbər

 Milli Məclisin aprelin 24-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, iclasın gündəliyinə 19 məsələnin müzakirəsi daxil edilib. Bu sıraya Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsi və “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunu (ikinci səsvermə) daxildir.
Bundan başqa, “Peşə təhsili haqqında” qanun layihəsi (üçüncü oxunuş), “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə, İnzibati Xətalar Cinayət və Vergi Məcəllərinə dəyişiklik edilməsi məsələləri də yer alıb.

Bundan başqa, iclasda “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İcra haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” və “Məşğulluq haqqında” qanun layihələri müzakirəyə çıxarılacaq.  

Xəbər xətti