“Koroğlu” stansiyasının "piramida" adlandırılan giriş-çıxışı bağlanır

15:23 - 19 Aprel 2018 - Xəbər

“Koroğlu” stansiyasının "piramida" adlandırılan giriş-çıxışı bağlanır.

Bu barədə Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Ucnoqta.az-a məlumat verib. Məlumatda bildirilir ki,təmir işləri ilə əlaqədar “Koroğlu” stansiyasının "piramida" adlandırılan giriş-çıxışı 2018-ci il aprel ayının 21-dən müvəqqəti olaraq bağlanır: "Lakin stansiyanın digər bütün giriş-çıxışları ("Alov" parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq".

Bakı Metropoliteni yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir

Xəbər xətti