Bakıda yaşayış binası yanır

14:35 - 19 Aprel 2018 - HADİSƏ

Bakıda yaşayış binası yanır. Ucnoqta.az xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə paytaxtın Hüseyn Cavid prospekti 186 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsindəki mənzillərdən birində meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğının fotoları sosial şəbəkələrdə yayılıb.

Xəbər xətti