Ana səhifə
20 Avqust 2018

Məhkəmə “Faytonçu Nazim”in iddiasını təmin etməyib

 Binəqədi Rayon Məhkəməsində “Faytonçu Nazim” ləqəbi ilə tanınan müğənni Nazim Pişiyarinin “Elmed” klinikasının cərrahı Elman Əzimova qarşı qaldırdığı iddia əsasında məhkəmə iclası başa çatıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hakim Almaz Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, “Faytonçu Nazim”in iddiası təmin edilməyib.

Qeyd edək ki, Nazim Pişiyari bildirib ki, ilk dəfə “Elmed” klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub, lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. “Faytonçu Nazim” həkimin ciddi cəzalandırılmasını istəyib. O, bununla bağlı Baş Prokurorluğa, Bakı şəhər prokurorluğuna və Binəqədi rayon prokurorluğuna müraciət edib.

Həkim E.Əzimov da “Faytonçu Nazim”in iddialarını rədd edir.

Tarix
19 Aprel 2018 [13:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin