Bu il Azərbaycandan Gürcüstana 25 mln. dollarlıq elektrik enerjisi ixrac olunub

18:41 - 19 Aprel 2018 - İQTİSADİYYAT

Bu ilin birinci rübündə Azərbaycandan Gürcüstana 24 mln. 780,2 min dollar dəyərində elektrik enerjisi ixrac olunub.

Ucnoqta.az “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında qeyd edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycandan qonşu ölkəyə elektrik enerjisinin ixracı məbləğ baxımından 1 mln. 115,3 min dollar və ya 4,7% artıb.

Qeyd edək ki, ötən il Azərbaycandan Gürcüstana 23 mln. 664,9 min dollar dəyərində elektrik enerjisi ixrac olunub.

Xəbər xətti