ETSN: Bakıda tozun miqdarı bir az da artıb

12:44 - 19 Aprel 2018 - Xəbər

Hazırda normadan 37 faiz yuxarıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək atmosfer havasında müşahidələr aparır.

Ucnoqta.az ETSN-ə istinadən xəbər verir ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, aprelin 19-u saat 12:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı bir qədər artaraq sanitar normadan 37 faiz yuxarı olduğu qeydə alınıb.

Xəbər xətti