4 marşrut xəttinin hərəkət cədvəlində DƏYİŞİKLİK

12:33 - 19 Aprel 2018 - Xəbər

Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan 4 marşrut avtobusunun hərəkət sxemində dəyişiklik edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib. Məlumatda bildirilir ki, yarışlarla əlaqədar Bakıda ümumi 17 marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək: "Hərəkət sxemində müəyyən dəyişikliklər ediləcək marşrut xətləri arasında “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan 18, 37, 61 və 65 saylı marşrut xətləri də var. Yarış başa çatanadək qeyd edilən xətlər üzrə fəaliyyət göstərən avtobuslar şəhərin mərkəzində bu küçələrlə hərəkət edəcək:

18 saylı marşrut xətti: Mehdi Hüseyn küçəsi – Bünyad Sərdarov küçəsi – Hüseyn Seyidbəyli küçəsi – Mehdi Hüseyn küçəsi.
37 saylı marşrut xətti: Mehdi Hüseyn küçəsi – Bünyad Sərdarov küçəsi – Hüseyn Seyidbəyli küçəsi – Nəriman Nərimanov küçəsi.
61 saylı marşrut xətti: Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi.
65 saylı marşrut xətti: Füzuli küçəsi – Mirzağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Səməd Vurğun küçəsi – Füzuli küçəsi – Şıxəli Qurbanov küçəsi.

Xəbər xətti