Göygöl elektrik şəbəkəsinin işçisini cərəyan vuraraq öldürüb

00:00 - 19 Aprel 2018 - HADİSƏ

Göygöl elektrik şəbəkəsinin işçisini cərəyan vuraraq öldürüb.  Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun yaxınlığında baş verib.   Şəbəkənin elektriki, Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Abbasov Fariz Telman oğlu ərazidə iş görən zaman cərəyan onu vurub. O dərhal xəstəxanaya çatdırılsa da öldüyü məlum olub.   Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər xətti