Bahçeli: Bizim prezidentliyə namizəd - hörmətli Rəcəb Tayyib Ərdoğandır

00:55 - 19 Aprel 2018 - DÜNYA

Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli növbədənkənar prezident seçkilərində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini bildirib. Trend-in məlumatına görə, MHP lideri bu barədə öz "Twitter" hesabında yazıb. D.Bahçeli bildirib: "Bizim prezidentliyə namizəd - hörmətli Rəcəb Tayyib Ərdoğandır". Qeyd edək ki, aprelin 18-i Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə prezident seçkilərinin 2018-ci il 24 iyun tarixində keçiriləcəyini bildirib.

Xəbər xətti