Oğuzda iki avtomobil toqquşub

00:24 - 19 Aprel 2018 - HADİSƏ

Ucarda iki nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.   Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında şəhərin Oğuz küçəsində "Mercedes" və  "VAZ-2107" markalı minik maşınlarının toqquşub.   Nəticədə Ucar rayonun Yuxarı Şilyan kənd sakini, 1996-cı il təvəllüdlü Uğur Güləhməd oğlu Rəhimov və şəhərin Vəsilə Zahidov küçəsində yaşayan, 1985-ci il təvəllüdlü Elnur Zahid oğlu Əliyev müxtəlif xəsarətlə Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.   Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.  

Xəbər xətti