Robot-tədqiqatçılar Ayda araşdırmalar aparacaq

00:07 - 19 Aprel 2018 - MARAQLI

Çinin robot-tədqiqatçıları Aya səyahət edəcək. Ayın tədqiqi üzrə bütün işlər avtomatik rejimdə aparılacaq.

Tədqiqat işləri insanların bilavasitə iştirakı olmadan keçiriləcək. Çinin robot-tədqiqatçıları insanların əvəzinə Aya səyahət edəcək. Ayın tədqiqi üzrə bütün işlər avtomatik rejimdə həyata keçiriləcək. Çin avtomatlaşdırılmış Ay stansiyaları yaradaraq daha genişmiqyaslı və dərin tədqiqatlar apara biləcək.
Bu barədə Şanxayda keçirilmiş kosmik texnika sahəsində innovasiyalar üzrə yeddinci beynəlxalq konfransda məlumat verilib. Qeyd edək ki, Çin Ayın əks tərəfinə “Çanye-4” tədqiqat zondunu yerləşdirmək niyyətindədir. Onun ardınca isə Ayın torpağının toplanması və Yer kürəsinə çatdırılması üçün “Çanye-5” aparatı yola salınacaq.

 

Xəbər xətti