Sonuncu erkək şimal ağ kərgədanı da ölüb

23:46 - 18 Aprel 2018 - MARAQLI

Dünyada şimal ağ kərgədanının erkək cinsinin sonuncu nümayəndəsi bir neçə ay davam edən xəstəlikdən sonra bu ilin martında ölüb.

Sudan adlı 45 yaşlı kərgədan Kenyanın Ol Pejeta qoruğunda yaşayırdı. Yaşlandığı üçün onun vəziyyəti qəfildən pisləşib. Onunölümü ilə kərgədanın aid olduğu yarımnövün dünyada cəmi 2 nümayəndəsi -onun qızı və nəvəsi- qalıb.
Kərgədanlar fillərdən sonra ən böyük yerüstü məməlilərdir. Ağ kərgədanlar iki kateqoriyaya bölünür: cənub ağ kərgədanının təbiətdə sayının 20 mindən çox olduğu ehtimal olunur; şimal ağ kərgədanı isə nadir tapılır və onun nəsli təhlükə altındadır. İnsan ömrü ilə hesablanarsa, 90 yaşında olan Sudan adlı kərgədan eynicinsli erkək kərgədanın 2014-cü ildə ölməsindən sonra bu növün sonuncu erkək kərgədanı olub. Bu növün nümayəndələrinin sayı Uqanda, Mərkəzi Afrika Respublikası, Sudan və Çadda 1970-1980-ci illərdə qanunsuz kərgədan ovu böhranından sonra kütləvi azalıb. Kərgədanların buynuzlarından Asiyada ənənəvi Çin təbabətində istifadə etmək üçün, Yəməndə isə xəncər tutacaqları hazırlamaq üçün istifadə edirdilər. Sonuncu bir neçə kərgədan isə 2000-ci illərin əvvəllərində Konqo Demokratik Respublikasında baş verən atışmalar zamanı öldürülüb. 2008-ci ildə, Dünya Vəhşi Təbiət Fondu (World Wildlife Fund) şimal ağ kərgədanlarının vəhşi təbiətdəki nəslinin tükəndiyini bildirib.

 

Xəbər xətti