"“Elm günü”nün təsis edilməsi Azərbaycan elminə böyük diqqət və qayğının təcəssümüdür"

16:35 - 18 Aprel 2018 - Xəbər

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Elm günü”nün təsis edilməsi haqqında Sərəncamı Azərbaycan elminə böyük diqqət və qayğının təcəssümüdür”

Ucnoqta.az xəbər verir ki, bu sözləri aprelin 18-də keçirilən Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib. Akademik vurğulayıb ki, bu Sərəncama əsasən hər il martın 27-si Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd ediləcək.

AMEA rəhbəri bildirib ki, Prezident İlham Əliyevin cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq imzaladığı bu Sərəncam elm siyasətinin tərkib hissəsidir. Akademiya dövlət başçısının genişmiqyaslı islahatlarına, elm siyasətinə uyğun olaraq yeni-yeni uğurlar qazanıb. Belə bir tarixi günün təsis edilməsi AMEA qarşısında daha ciddi vəzifələr qoyur.

Xəbər xətti