Prezident: “Korrupsiya və rüşvətxorluğa qarşı bundan sonra da mübarizə aparılacaq”

16:16 - 18 Aprel 2018 - Xəbər

“Azərbaycanda mövcud olan müsbət demoqrafik dinamika tələb edir ki, iş yerlərinin yaradılması prosesi daim getsin”.

Bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində deyib. Dövlət başçısının sözlərinə görə, nəzərə alınmalıdır ki, indi dünyada və Azərbaycanda yeni texnologiyalar tətbiq olunur və bu texnologiyalar bəzi hallarda insan əməyini aradan qaldırır: “Yeni texnologi müəssisələrin yaradılması bizim planlarımıza daxildir. Biz yeni iş yerlərinin yaradılması ilə bağlı daha çevik və səmərəli siyasət aparmalıyıq”.

Prezident qeyd edib ki, Azərbaycan son illər ərzində intellektual məhsulun ixracatçısına çevrilib: “Asan Xidmət” artıq başqa ölkələrdə tətbiq olunur, bizim təcrübəmiz öyrənilir. Bu, ictimai xidmətlər sahəsində bir inqilab idi. Bu, sosial layihədir, çünki insanlara xidmət göstərir. 13 “Asan Xidmət” mərkəzimiz var, bu ilin sonuna qədər onların sayı 15-ə, gələn ilin sonuna qədər 20-ə çatacaq. İndiyə qədər “Asan Xidmət” mərkəzlərində 20 milyona qədər müraciətə baxılıb. “Asan Xidmət” mərkəzlərində xidmətləri bəyənmə əmsalı 100 faizə yaxındır. Bu, bir daha bizim niyyətimizi, siyasətimizi göstərir.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaq. Həm inzibati, cəza tədbirləri, həm də ən böyük effekt verən sistem xarakterli, institusional tədbirlər görülür. “Asan Xidmət” onlar arasında xüsusi yer tutur. Azərbaycan vətəndaşları görürlər ki, biz tədricən bu qurumun funksiyalarını genişləndiririk”.Apa

Xəbər xətti