Məktəb yoldaşını bıçaqlayan şagirdə hökm oxunub

16:14 - 18 Aprel 2018 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 9-cu sinif şagirdi Samir Fətullazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Fətullazadə barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

Qeyd edək ki, S. Fətullazadə Bakıda yerləşən 282 saylı orta məktəbin 9-cu sinif şagirdidir. O, aralarında yaranan münaqişə zəminində məktəb yoldaşı Rahib Babayevi bıçaqlayıb. Xəstəxanaya çatdırılan zərərçəkmişin həyatını xilas etmək mümkün olub.Apa

Xəbər xətti