Təyyarədə eşşəkarıları sərnişinlərə hücum etdi

22:09 - 18 Aprel 2018 - MARAQLI

Rusiyada maraqlı insident yaşanıb. 

Belə ki, Vnukovo hava limanında “Rossiya” aviaşirkətinə məxsus təyyarənin sərnişinləri təxliyə olunub. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, buna təyyarənin göyərtəsində eşşəkarılarının daşındığı konteynerin qapısının açılması səbəb olub.

Nəticədə 10-a yaxın eşşəkarısı konteynerdən çıxıb.

Bildirilir ki, bu həşəratlar insan həyatına təhlükə törətməsə də, sərnişinlər təxliyə olunub və ehtiyat təyyarə ilə yola salınıb.

Xəbər xətti