Ana səhifə
21 Avqust 2018

"Azərbaycanda bruselyoz xəstəliyinin qarşısının alınması və kökünün kəsilməsi strategiyasi"

Azərbaycanda bruselyoz xəstəliyinin qarşısı alınacaq

Aprelin 20-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində Avropa İttifaqının dəstəyi ilə Azərbaycan, Fransa və Macarıstanın kənd təsərrüfatı nazirlikləri tərəfindən birgə həyata keçirilən "Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək" tvinninq layihəsi çərçivəsində "Azərbaycanda bruselyoz xəstəliyinin qarşısının alınması və kökünün kəsilməsi strategiyasi" mövzusuna dair seminar keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, DBNX-dan verilən məlumata görə, tədbir Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa İttifaqının (Aİ) birgə təşkilatçılığı ilə baş tutacaq.

Seminarda Tvinninq layihəsini həyata keçirən Azərbaycan, Fransa və Macarıstanın kənd təsərrüfatı nazirliklərinin, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin, Dünya Bankının, ACİP layihəsinin, Səhiyyə Nazirliyinin, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun müvafiq strukturlarının və digər aidiyyəti qurumların nümayəndələri iştirak edəcəklər.

Seminarda Fransanın ANSES laboratoriyasının şöbə müdiri Kler Ponsarinin “Heyvanlarda bruselyoz xəstəliyinin kökünün kəsilməsi: Fransa – 40 illik təcrübə” və “Azərbaycanda bruselyoz xəstəliyinə qarşı mübarizə: tövsiyələr, perspektivlər” mövzularında təqdimatları olacaq.

Bruselyoz xəstəliyinə qarşı həyata keçirilən mübarizə strategiyası, gözlənilən nəticələr və tövsiyələr ətrafında da aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə müzakirələr aparılacaq.

Tarix
18 Aprel 2018 [21:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin