Ana səhifə
23 Sentyabr 2018

“Təbrizin sehrli nağılları” adlı kitabın təqdimatı keçiriləcək

Dekabrın 5-də, saat  17.00-da “Hilton Baku” otelində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə “Təbrizin sehrli nağılları” adlı kitabın təqdimat mərasımı keçiriləcək.

 

 

Azərbaycan Respublikasının keçmişi və bu gününün mənzərəsini canlandırmaqla xalqımızın çoxsaylı abidələrinin aşkar edilməsi, təsviri, təbliği və təqdimi, onların   beynəlxalq miqyasda  tanıdılması məqsədilə 2013-cü ildə “İrs” silsiləsi çərçivəsində yeni layihəyə imza atılmışdır. Layihənin iki kitabı "Qədim Qalanın Yuxuları" və “Qobustan – minilliklər kitabı” adlı nəşrlər  artıq işıq üzü görüb. Kitablar  YUNESKO-nun Ümumdünya irs siyahısına daxil edilmiş  Bakının qədim hissəsi - “İcərəşəhər” və Azərbaycanın qayaüstü incəsənətinə həsr edilib.

 

Kitab dünya incəsənəti tarixində özünəməxsus yeri olan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənətin həsr olunub. “İrs” silsiləsi çərçivəsində Mədəniyyət və turizm nazirliyinin layihəsinin növbəti “Təbrizin sehrli nağılları” kitabının nəşri “Paşa Həyat Sığorta” ASC və BP şirkətin dəstəyi ilə həyata keçirilıb.

 

 

Rəqsanə

Tarix
4 Dekabr 2014 [13:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin