Qubada dostunu qətlə yetirən ər-arvadın məhkəməsi başlayıb

13:42 - 18 Aprel 2018 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Quba rayon sakini Eşqin Rəsulov və həyat yoldaşı Ramella Əlmuradovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib və təqsirləndirilən şəxslər özlərini ittihamda təqsirli bilib.

E.Rəsulov bildirib ki, dostunu söyüş üstündə qətlə yetirib. Onun sözlərinə görə, dostu ilə qumar oynayıb və uduzub. Dostu pulu tələb etsə də, onun verməyə pulu olmayıb. Nəticədə mübahisə yaranıb və dostu onu pula görə ağır söyüşlərlə təhqir edib. E.Rəsulov söyüşlərdən sonra onu qətlə yetirib.

Proses aprelin 25-də davam etdiriləcək.

İttihama görə, E.Rəsulov Anar Babayevi evinə dəvət edib, orada birlikdə spirtli içki qəbul edərək, qumar oynayıblar. Oyun zamanı Anar Eşqini təhqir edib. Buna görə sonuncu qonağını yerə yıxaraq, ona yumruq və təpik zərbələri endirib.

Babayev müqavimət göstərdiyi üçün Rəsulov arvadına, dostunun əl-qolunu bağlamaq üçün ip gətirməsini deyib. Ramella ipi gətirəndən sonra Eşqinin Anarın əl-qolunu bağlayıb. Köməksiz vəziyyətdə qalan Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.trend

Xəbər xətti