Sabirabad sakinindən narkotik və silah götürülüb

12:23 - 18 Aprel 2018 - HADİSƏ

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Daşqın Məhərrəmov saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan çəkisi 2,5 qram heroin, 1,4 qram tiryək, 2 ədəd şpris və çətənə toxumları aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq marixuana, həmçinin 1 ədəd pnevmatik tüfəng, 1 ədəd beşbarmaq və 4 ədəd bıçaq aşkar edilərək götürülüb.
Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

 

Faktla bağlı cinayət işi başlanılıb.  

Xəbər xətti