Karlsen Şəmkirdə basketbol oynadı - Fotolar

12:21 - 18 Aprel 2018 - Xəbər

Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Vüqar Həşimov Memorialında iştirak etmək üçün Şəmkirə gəlib.

“Qafqazinfo” “ShamkirChess2018”in mətbuat xidməti xəbər verir ki, norveçli şahmatçı yarışdan əvvəl basketbol oynamaq istədiyini bildirib. Ötən gün Karlsen 1 saata yaxın basketbol meydançasında məharətini göstərib.

Qeyd edək ki, bu gün saat 18-30-da başlayacaq ShamkirChess2018 superturnirinin açılış mərasimi Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacacaq.


Xəbər xətti