Qubada qəbiristanlıqda qadını döyərək öldürüblər

12:08 - 18 Aprel 2018 - HADİSƏ

Quba rayonunun Qırmızı Slaboda qəsəbə sakini Şüşan Sumxayevanı döyərək aldığı xəsarətlərdən ölümünə səbəb olmuş Mişi Miqirov saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mişi Miqirov həmyerlisi Şüşan Sumxayevanı döyüb. Nəticədə xəstəxanaya yerləşdirilmiş Ş.Sumxayeva orada ölüb.

Quba RPŞ-nin əməkdaşları tərəfindən M.Miqirov saxlanılıb.
Araşdırma aparılır.

Xəbər xətti