Ana səhifə
13 Noyabr 2018

TQDK imtahan keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası oktyabrın 12-də miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. 

Komissiyadan Lent.az-a verilən verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlərin sənəd qəbulu avqust ayının 1-dən oktyabrın 1-dək Dövlət Miqrasiya Xidməti tərəfindən aparılıb. 

İmtahanda iştirak etmək istəyən 329 nəfərin namizədliyi qeydə alınıb. 

Test imtahanı Bakı Qızlar Universitetinin binasında (ünvan: M.Sənani küçəsi, 14) saat 11:00-da başlanacaq.  

İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunacaq. Onlardan 50 sual ümumi qanunvericilik, 20 sual Azərbaycan Respublikasının tarixi və coğrafiyası, 10 sual kompyuter bilikləri və 20 sual məntiq üzrə olan test tapşırıqlarıdır. 

TQDK həmçinin, oktyabrın 12-də Daxili İşlər Orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirir. 

İmtahan Bakı Qızlar Universitetinin binasında (ünvan: M.Sənani küçəsi, 14) saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.  

Sənəd qəbulu haqqında elan, “Müsabiqənin keçirilməsi Qaydaları", test imtahanının proqramı və fiziki hazırlıq səviyyəsinin minimal normativləri "Mübariz Keşikdə" qəzetində, həmçinin digər Kütləvi İnformasiya Vasitələrində, ölkənin bir sıra şəhər və rayonlarının mətbu orqanlarında dərc olunub, DİN-in rəsmi internet saytında yerləşdirilib.

Sənədlərin qəbulu iyunun 9-dan iyulun 9-dək Daxili İşlər Nazirliyi tərəfindən aparılıb.

 

 

Tarix
9 Oktyabr 2014 [17:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin