Bakıda ata ehtiyatsızlıqdan 4 yaşlı oğlunu avtomobillə öldürüb

11:54 - 18 Aprel 2018 - HADİSƏ

Bakıda ata ehtiyatsızlıqdan oğlunu avtomobillə vurub.

Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 17-də saat 17 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan Adil İsmayılov evinin həyətində “Range Rover” markalı avtomobili arxaya sürərkən oğlu 4 yaşlı Ayxanı vurub, nəticədə uşaq hadisə yerində ölüb. 


Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti