FİDE prezidenti Şəmkirə gəlir

10:57 - 18 Aprel 2018 - İDMAN

 Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2018" superturnirinin açılış mərasimi keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, turnirin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyasının prezidenti - FİDE rəhbəri Kirsan İlyumjinov tədbirdə iştirak etmək üçün Şəmkirə gələcək.

Qeyd edək ki, superturnirin təntənəli açılış mərasimi Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. Tədbir saat 18:30-da başlayacaq.

Xəbər xətti