ABŞ-ın sabiq birinci xanımı Barbara Buş ölüb

18:08 - 18 Aprel 2018 - DÜNYA

ABŞ-ın 41-ci prezidenti böyük Corc Buşun həyat yoldaşı Barbara Buş 92 yaşında vəfat edib.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Buş ailəsinin yaydığı məlumatda bildirilir.

Barbara Buş 1925-ci ilin iyunun 8-də Nyu-York şəhərində anadan olub. Ata tərəfdən ABŞ-ın 14-cü prezidenti Franklin Pirsin qoyumudur.  Barbara Buş 16 yaşında Corc Buşla tanış olub, 1945-ci ildə ailə qurublar. 
Cütlüyün 5 övladı, 17 nəvəsi və 7 nəticəsi var.

Xəbər xətti