Ana səhifə
22 İyul 2018

Polad Bülbüloğlu: "Rus dilinin təbliği gücləndirilməlidir"

"Rus dili postsovet məkanını birləşdirən sementdir. Qeyd etməliyəm ki, rus dilinin bizim ölkələrdə təsiri çox böyükdür. Konkret olaraq bizim ölkəni, Azərbaycanı göstərə bilərəm. Azərbaycanda kifayət qədər sanballı rus dilli saytlar var, onlar oxunan saytlardır. Ölkəmizdə fəaliyyət göstərən informasiya agentliklərinin rus versiyaları fəaliyyət göstərir".

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya paytaxtında keçirilən Rusdilli Yayımçıların Beynəlxalq Forumunda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun sədri Polad Bülbüloğlu bildirib.

Azərbaycanda rus dilinin tədrisinin səviyyəsinin yüksək olduğunu vurğulayan diplomat ölkədə 300-dən çox orta məktəbdə rus dilinin tədris olunduğunu söyləyib: "Praktiki olaraq bütün ali məktəblərin rus dilli bölməsi var. Bundan başqa Bakı Slavyan Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları fəaliyyət göstərir. Ona görə də Azərbaycanda rus dilli məkanın olduqca geniş seqmenti və böyük təsiri var. Mən, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun sədri kimi, bir vacib məsələni qeyd etmək istəyirəm. Bu, rus dilinin keyfiyyəti məsələsidir. Təəssüflər olsun ki, radiolarda səslənən rus dilinin keyfiyyəti aşağıdır. Fikrimcə, bu gün keçirilən beynəlxalq forumda qaldırılan əsas məsələlərdən biri məhz rus dilinin keyfiyyəti məsələsi olmalıdır. Mənə elə gəlir ki, postsovet ölkələri rus dilinin təbliğinin gücləndirilməsində dəstəyə  ehtiyacı duyur. Bütün dünyada British Counsil ingilis dilinin təbliğatı ilə məşğuldur, eyni ilə Höte İnstitutu alman dilini təbliğ edir. Hesab edirəm ki, rus dilinin təbliğinə də diqqəti gücləndirmək lazımdır. Gənc nəslin rus dilinə marağını artırmaq lazımdır ki, onlar bu dili öyrənsinlər. Bu çox ciddi problemdir".

Qeyd edək ki, Rusdilli Yayımçıların Beynəlxalq Forumunun açılışında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov, Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və əlaqələri komitəsinin sədri Leonid Levin və digərləri çıxış ediblər.

Tarix
17 Aprel 2018 [14:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin