Ana səhifə
22 Aprel 2018

"MİS rəisini intim görüntüləri ilə şantaj edib 10 min manat aldı"

“Bizim dövr” qəzetinin əməkdaşlarının məhkəməsi davam etdirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə yolu ilə tələb etməkdə təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, qəzetin əməkdaşları - Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Marif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən S.Məmmədsalayevanın ifadəsi elan edilib.

Təqsirləndirilən şəxsin ifadəsində bildirilib ki, 2014-cü ildə hədə-qorxu gəlməkdə ittiham edilib və 6 il müddətinə azadlıqdan məhrum olunub. O, həbs edilməsinə S.Əliyev və H.Nəcəflinin səbəb olduqlarını göstərib. Bildirib ki, ailəsindən boşanandan sonra sevgili tapıb və Surxay Əliyev bundan xəbər tutub. S. Əliyev onu otağına çağırıb məsələdən xəbərdar olduğunu deyib və bu məlumatı yayacağını bildirib: "Surxay mənə təklif etdi ki, vəzifəli şəxslər və biznesmenlərlə görüşüb, intim münasibət yaşayacaqsan, onları gizli videoya çəkib, sonra şantaj edərək onlardan pul alacaqsan".
S.Məmmədsalayeva qeyd edib ki, rayonlardan birinin MİS rəisi ilə münasibət qurub: "O mənə "Whatsapp"da intim görüntülərini göndərdi. Mən də həmin görüntüləri Surxaya göndərdim. Surxay həmin şəxsi şantaj edib 10 min manat aldı".

Hazırda proses davam etdirilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Tarix
17 Aprel 2018 [13:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ