Bakı-Quba yolunda 49 yaşlı kişini maşın vurub

10:46 - 17 Aprel 2018 - HADİSƏ

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, magistralın Şabran rayonu ərazisindən keçən hissəsində 1959-cu il təvəllüdlü Cahangirov Asim Məmməd oğlunu avtomobil vurub. Piyada aldığı xəsarətdən ölüb. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb. Onun tutularaq istintaqa cəlb olunası istiqamətində əməliyyat-axtarış işləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti