Salyanda yol qəzası olub: xəsarət alanlar var

10:09 - 17 Aprel 2018 - HADİSƏ

Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Salyan şəhər İncəsənət Məktəbinin yaxınlığında qeydə alınıb. Qəza zamanı rayonun Aşağı Kürkənd kənd sakinləri: - 1996-cı il təvəllüdlü Cəlil Əhəd oğlu Məmmədov, 1988-ci il təvəllüdlü Ramil Rasif oğlu Abbasov və 1996-cı il təvəllüdlü Vasif Vidadi oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti