Ana səhifə
19 Dekabr 2018

“13 hekayə-рассказов” kitabı çapdan çıxıb

Ucnoqta.az-ın məlumatına görə, Azərbaycan Yazıçılar, Jurnalistlər və Fotoqraflar Birliklərinin üzvü Şirməmməd Nəzərlinin sayca 10-cu kitabı “ASPOLİQRAF” nəşriyyatında çapdan çıxıb.

 

 

Azərbaycan və rus dillərində nəşr olunmuş “13 hekayə-рассказов” kitabında müəllifin müxtəlif illərdə yazdığı hekayələrdən on üçü yer alıb. Yazıçı kitaba daxil etdiyi əsərlərini qısametrajlı fülmlər üçün nəzərdə tutub və bu mətnlərdə Azərbaycan xalqının milli adət-ənənələri, uzun illər boyu formalaşmış dəyərləri , özünəməxsusluq qabardılıb.

Rusiya həyatından bəhs edən hekayələr isə müəllifin bu ölkədə yaşadığı illərin bəhrəsidir.

Bildirək ki, Ş.Nəzərli üzvü olduğu yaradıcılıq birliklərinin ruhuna uyğun olaraq hər iki ildən-bir hesabat xarakterli təqdimat keçirir. Bu ənənəyə sadiq qalaraq o, dekabr ayında “Ölkə rəssamları bir arada” adlı foto sərgisini, həmçinin yeni kitabını təqdim etmək niyyətindədir.

Tarix
9 Oktyabr 2014 [16:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin