Bakı-Qazax avtomobil magistralında yol-nəqliyyat hadisə baş verib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, yolun Samux rayonu, Zazalı kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan “Mercedes” markalı sərnişin avtobusu ilə “Chevrolet” markalı minik avtomobilinin toqquşması nəticəsində minik maşınında olan sərnişin, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Həsənova Kəmalə Qara qızı xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Tarix
16 Aprel 2018 [17:30]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin