Ana səhifə
22 Oktyabr 2018

“Boş vaxt tapan kimi şahmat, futbol oynayırdıq” - Müsahibə

Tahir Rzayev: “ıı  kursa keçəndə jurnalist kimi işləməyə başladım”

 

 

HƏLƏ uşaqlıq vaxtından ən böyük istəyi jurnalist olmaq imiş. Bəlkə də, müsahibə almaq istəyən hər bir jurnalisti mehribanlıqla qarşılayıb, böyük həvəslə dinləməsi, sualları ətraflı cavablandırması da bu peşəyə olan sevgisindən irəli gəlirır. Hazırda Milli Məclisin Regonal məsələlər komitəsinin üzvü olan, millət vəkili Tahir Rzayev ən gərgin iş vaxtında belə jurnalisti gözlətməz. Səbəbini özü belə izah edir ki, jurnalistin işi müsahibə almaq, yazma-yaratmaqdır. Onlara kömək etmək isə hər bir məsul şəxsin, vəzifə sahibinin bir nömrəli vəzifəsidir.

Tahir müəllimin hələ orta məktəbdə oxuyarkən jurnalist olmaq arzusunun reallaşdırılması üçün ciddi əsasları da olub. Çünki hazirladığı silsilə yazıları və şerləri dövri mətbuatda tez-tez dərc olunurdu. Elə bu istəklə sənədlərini hazırlayıb Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə vermək istəyir. Lakin həmin vaxt sovet dövrünün ən populyar sənəti olan jurnalistikada böyük müsabiqə olduğundan imkanlarını real qiymətləndirən Tahir müəllim fikrindən bir anda daşınır və sənədlərini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə verir, amma bəxti gətirmir.  Bundan sonrasını özündən dinləyək.

 

Mərkəzi kitabxanada günlərlə oturub, kitab-qəzet oxuyurduq

 

O vaxt ballar yuxarı idi. Həmçinin SSRİ dönəmində, 2-3 il əmək stajı olanlara, hərbi xidmətə gedib qayıdanlara və bir də təsərrüfatlarda çalışanlara güzəştlər olurdu.  Bu da təbii idi. Çünki kənd və şəhər təhsili arasında müəyyən fərqlər vardı. Bundan başqa, müsabiqələrdən fərqlənən, yer tutan uşaqlara da fərq qoyulurdu.

Mənim ali məktəbə sənəd verdiyim ildə müsabiqə vəziyyəti o qədər yuxarı idi ki, gərək məzun ən azı 1-2 imtahandan 5 qiymət ala idi. 3 və 4 qiymətlə ali məktəbə qəbul olmaq çox çətin idi. Ona görə də tələb olunan balı toplaya bilmədiyimdən «konkurusa» düşdüm. “Konkurs”a düşəndən sonra ordu sıralarına hərbi xidmətə yollandım. Hərbi xidməti başa vurduqdan sonra fəhlə kimi əmək fəaliyətinə başladım. 1971-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra sənədlərimi təzədən hazırlayıb, bu dəfə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə verdim və 1977-ci ildə ali məktəbi müvəffəqiyyətlə başa vudum. 

Mən universitetə qiyabi qəbul olduğum üçün ildə iki dəfə sesiya zamanı Bakıda qalırdım. Bu sesiyanın biri 30, digəri 40 gün çəkirdi. Ancaq müəyyən vaxtlarda da biz gəlib Bakıda hazırlasşırdıq. O vaxt indiki kimi interrnet yoxdu, ədəbiyyat azdı. Elə olurdu ki, M.F.Axundov adına Mərkəzi Kitabxanada günlərlə oturub, kitab-qəzet oxuyurduq.Yataqxanalar əyani oxuyan tələbələrlə tutulduğu üçün rayondan gələn digər uşaqlarla bir yerdə kirayə evlərdə qalmalı olurdum. Bəzən, bir neçə ay əvvəl o evi tuturduq.

 

“Müəllimlərimiz oxumayan tələbə belə oxumağa məcbur edirdi”

 

Mənə görə, təlbəlik ömrün ən şirin anlarıdır. Ömrün ən xoş növrağı, baharı bu illərə təsadüf edir. Həmin dövrdə insan ən bəxtəvər, qayğısız, coşduqca coşan, bitməz-tükənməz enerjili olur adam. Ona görə də, şairlər tələbəlik illərini ömür adlı yüyrək atın ən qiymətli yükü, ahıllığa xoş xatirə ərməğan, ömür boxçasının zinəti, bəzəyi, gəncliyin arzusu, ilğımı,  ixtiyar çöhrələrdə, gözlərdə işıq dolu təbəssüm, nur oyadan  xatirələr, inadlı axtarışların, sadiq dostluğun, aşkar-gizli sevdaların tək ünvanı, ən əsası insanı tamlaşdıran, şəxsiyyət, sima kimi yetişdirən böyük bir ömür yolu adlandırırlar. Mən bu illəri xatırlayarkən, istər-istəməz           

elə bilirəm, sanki hər şey dünən baş verib. Bir zamanlar həsrətlə boylandığın ali məktəbin kandarına kövrək -kövrək, həm də qətiyyətlə qədəm basdığım günlərin hər bir anı gözlərim qarşısında canlanır. Sevimli müəllimlərindən elmin sirlərinə yiyələndikcə, qanadlanıb tezliklə sevib-seçdiyin peşəyə qovuşmaq arzusu ilə yaşayırdıq. Auditoriyalarda, sınaqlarda, imtahanlarda keçirdiyim anları, aldığım qiymətləri heç zaman unutmuram. Bir zaman səni isti ana qucağı kimi hərarətli qoynuna alan doğma ali məktəb, bir gün görürsən ki, səni xoş mujdəli gələcəyə yola salır, o illər tarixə çevrilir. Qiyabi oxusam da tələbəliklə bağlı hadisələr çoxdur. Mənim yadımda qalan ən maraqlı hadisələr isə o vaxt pərəstiş etdiyim müəllimlərlə bağlıdır. Məsələn görkəmli şəxsiyyət, rəhmətlik Abbas Zamanov var idi, gözəl alim, əsl insan idi. Pənah Xəlilov gözəl pedaqoq idi. Bəxtiyar müəllim, Təhsin Mütəllimov da bizə dərs deyib. Hər dəfə onlar sinifə daxil olanda sanki mənə dünyanı bağışlayırdılar.Müəllimlərimin fikirləri, dünyabaxışları adamı ovsunlayırdı. Dərs nə zaman başlayıb, nə zaman bitirdi, bundan xəbərimiz olmurdu. Onlarla ünsiyətdə olmağı özümüz üçün şərəf hesab edirdik.

Ali məktəbə daxil olanda fəhlə işləyirdim. Ancaq II  kursa keçəndə redaksiyada işləməyə başladım. O vaxt rayon qəzetləri 11-12 min tiraşla çap olunurdu. Buna baxmayaraq, səmimi demək istəyirəm ki, o vaxtlar tələbələr daha çox oxuyurdular. Yoldaşlarımın və öz nümunəmdə deyə bilərəm ki, axşam saat 9-dan gecə saat 3-ə qədər kitab oxuyurduq. Elə ədəbiyatları oxumağı tapşırıdılar ki, onlar çətinliklə tapılırdı. Universitet müəllimimiz Vəkil Hacıyev bizə xarici ölkələrin ədəbiyatından dərs keçirdi. Əgər onun prinsipiallığı olmasaydı, dünya ədəbiyatından xəbərsiz olardıq. Semestr imtahanlarımız da çox çətinliklə keçirdi. Bir gün Napoleonu yuxudan oyadıb deyirlər ki, müharibə başlayıb. Onun cavabı çox maraqlı olub: «Elə bildim məni imtahana çağırırlar». Doğurdan da imtahan məsuliyətli tələbələr üçün çox çətindir. Tələbələr yaxşı qiymət almaq istəyirdilər. Ona görə də hamı oxuyurdular. Ancaq oxumayan uşaq bizim vaxtımızda da vardı, həmişə olub və olacaq. İdikindən əsas fərq o idi ki, müəllimlər oxumayan tələbəni də oxumağa məcbur edirdi.

Asudə vaxtlarımızı səmərəli keçirməyə çalışırdıq. Boş vaxt olanda şahmat, futbol oynayırdıq, idmanla məşğul olurduq. Ara-sıra gəzintiyə də vaxt ayırardıq.

Ali məktəbi bitirməyimizdən 37 il ötsə də, təəssüf ki, indiyə qədər bir araya gələ bilməmişik. Çox çalışdıq ki,  bir dəfə “Məzun günü”nü qeyd edək. Amma alınmadı.

Ancaq bəzi tələbə yoldaşlarımla tez-tez əlaqə saxlayıram. Onlardan təxminən 10 nəfəri ilə sıx dost münasibətindəyəm. Xeyrdə-şərdə bir yerdə oluruq. Rayonlarda olan dostlarımızın yolu Bakıya düşəndə mənə qonaq olurlar. Mən rayonlara gedəndə isə onlara baş çəkirəm. Tələb yoldaşlarımdan məşhur olanları da var. Ədliyə Nazirliyində məhkəmə icratlarına məsul şəxs tələbə yoldaşımdır, özü də generaldır. Tələbə yoldaşlarım arasında yaxşı müəllimlər də olub. Onların bir hissəsi artıq başqa yerlərdə çalışırlar.

 

 

Əfsun

Tarix
4 Dekabr 2014 [12:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin