Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun daha bir əsgəri ölüb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə aprelin 15-də baş verib.
Bildirilib ki, 1998-ci ildə anadan olmuş Alek Karapetyana hərbi hissə ərazisində atəş açılıb. Nəticədə o ölüb.
Hadisənin səbəbi araşdırılır.
Tarix
16 Aprel 2018 [17:54]
|
Müəllif
Üç nöqtə
|