Ana səhifə
16 Oktyabr 2018

AZAL AzTA ilə birgə rəsmi tərəfdaşları ilə görüş keçirib

Azərbaycanın milli aviadaşıyıcısı və Azərbaycan Turizm Assosiasiyası (AzTA) AZAL aviaşirkətinin rəsmi tərəfdaşları və agentləri ilə birgə görüş keçirib.

Ucnoqta.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş çərçivəsində "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti, AZAL sərnişin aviaşirkətinin icraçı direktoru Eldar Hacıyev aviaşirkətin, həmçinin ilk milli loukoster “Buta Airways”in qaydalarında mühüm dəyişikliklər və yeniliklər barədə danışıb. Turizm şirkətləri və satış üzrə agentliklərin istək və təklifləri dinlənib.

Görüşdə həmçinin Azərbaycan Turizm Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Səmərəli görüşün yekunlarına əsasən AZAL ən fəal tərəfdaşları və agentlərini təltif edib, lider turizm agentləri beşliyinə isə adlı sertifikatlar təqdim olunub. Belə görüşlərin bundan sonra da müntəzəm xarakter daşıyacağı qeyd olunub.

Tarix
16 Aprel 2018 [21:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin